Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Kurık limanında çoxfunksiyalı dəniz terminalı tikiləcək

2025-ci ilə qədər Kurık limanında çoxfunksiyalı "Sarja" dəniz terminalının tikintisi planlaşdırılır.

“Seanews.az”ın məlumatına görə, bu barədə Qazaxıstan Respublikasının Sənaye və İnfrastruktur İnkişaf naziri Kairbek Uskenbayev “Abu Dhabi Ports Group”-un nümayəndə heyəti ilə görüşü zamanı bildirib.

Layihə taxıl və universal terminalların, maye və ümumi yük terminallarının, habelə nəqliyyat və logistika mərkəzinin tikintisini nəzərdə tutur. Layihənin həyata keçirilməsi Qazaxıstan limanlarının buraxılış qabiliyyətini daha 9,4 milyon ton artıracaq.

Bundan əlavə, görüşdə 2025-ci ilə qədər Aktau limanında konteyner qovşağının yaradılması müzakirə olunub.

Layihənin xarici investorlar üçün cəlbediciliyini artırmaq məqsədilə onun birgə müəssisə formatında və Aktau Dəniz Limanı Azad İqtisadi Zonası bazasında həyata keçirilməsi planlaşdırılır.  Dəyəri 13,7 milyard tenge (28,9 milyon dollar) olan layihənin icrası  2025-ci ildə başa çatdırılmalıdır.

K.Uskenbayev bildirib ki, layihə konteyner daşımalarının həcmini ildə 40 mindən 215 min TEU-ya çatdıracaq.  Layihələrin özəl investisiyalar hesabına həyata keçirilməsi planlaşdırılır. “Abu Dhabi Ports Group”- un da təklifi olsa, Qazaxıstan nəzərdən keçirməyə hazırdırlar.

K.Uskenbayevin sözlərinə görə, bu günə kimi Aktau limanının genişləndirilməsi və Kurık limanında bərə kompleksinin tikintisi üzrə layihələr artıq həyata keçirilib. Qazaxıstanın Aktau və Kurık limanlarının buraxılış qabiliyyəti hazırda ildə 21 milyon tondan çoxdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır