Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

“Qatar Petroleum” 40 LNG tankeri sifariş verəcək

Cənubi Koreyanın üç ən böyük gəmiqayırma şirkəti 2023-cü ilin ikinci yarısında LNG tankerləri üçün gəmiqayırma müqavilələri, o cümlədən Qətərdən təxminən 10 milyard dollar dəyərində sifarişə nail olmağa çalışacaq.

“Seanews.az” xəbər verir ki, hazırda Qətərin dövlət şirkəti “Qatar Petroleum” (“QP”) ilə “Böyük üçlük” - “HD Korea Shipbuilding & Offshore Engineering” (“HD KSOE”), “Samsung Heavy Industries” və “Hanwha Ocean” arasında təxminən 40 LNG tankerinin alınması üçün danışıqlar aparılır.

Keçən il Cənubi Koreyanın gəmiqayırma müəssisələri 65 tankerdən 54-nün tikintisi üçün sifariş aldı. “Hanwha Ocean” 19, “Samsung Heavy” 18 və “HD KSOE” 17 gəmi tikmək üçün müqavilə bağladılar.

Ümumilikdə, dünya üzrə maye qaz daşıyan gəmilərin tikintisi üçün verilən sifarişlərin 80%-dən çoxu Cənubi Koreya tərsanələrinin payına düşür.

 “Korea Investment & Securities” şirkətinin analitiki Kang Qen Te deyib ki, “Qətər tərəfindən verilmiş gəmiqayırma sifarişlərinin ilk partiyası alınarkən, yeni gəminin qiyməti təxminən 215 milyon dollar idi. Sifarişlərin ikinci partiyasında qiymət hər gəmi üçün 235 milyon dollardan 240 milyon dollara qədər müəyyən ediləcək”. Ekspertin fikrincə, sifarişin ümumi dəyəri 10 milyard dollara çata bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır