Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Mansanillo limanını üç dəfə genişləndiriləcək

Meksika hökuməti Mansanillo limanını 2030-cu ilə qədər genişləndirmək üçün 3,15 milyard dollarlıq layihə elan edib. Layihə liman ərazisinin təxminən 303% artırılmasını və dörd yeni konteyner terminalının tikintisini əhatə edəcək. Nəticədə limanın konteyner dövriyyəsi ildə 3,7 milyon TEU-dan 10 milyon TEU-ya (artım 2,7 dəfə) qədər arta bilər.

Bu barədə “Ship & Bunker” nəşri yazır.

Maliyyələşdirmə dövlət-özəl tərəfdaşlıq prinsipləri əsasında həyata keçiriləcək. Meksika dövlət büdcəsindən 741 milyon dollar, özəl investorlar isə 2,4 milyard dollar sərmayə qoyacaq.

Yerli KİV-in məlumatına görə, “Yeni Mansanillo” layihəsinin birinci mərhələsi karbohidrogenlərin aşırılması üçün iki yeni konteyner terminalının və bir maye yük terminalının tikintisini nəzərdə tutur. Həmçinin yeni gömrük bölməsi və dəmir yolu giriş yolları tikiləcək.

İkinci mərhələyə daha iki konteyner terminalının tikintisi daxildir.

Qeyd edək ki, Mansanillo limanı hazırda yük dövriyyəsinə görə dünyada 53-cü yerdədir və genişləndirmə layihəsi onu siyahıda 15-ci yerə yüksəldəcək.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır