Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

BTQ-nin Qars Logistika Mərkəzində işlər yekunlaşıb

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Qars Logistika Mərkəzində aparılan işlər sona çatıb.

"ADY Express"dən verilən məlumata görə, əvvəlcə 19 ayrı xətt üzrə 400 min kvadratmetr ərazidə 500 nəfərin fəaliyyət göstərəcəyi və 80 min kvadrat metrlik konteyner ehtiyat sahəsi olan Qars Logistika Mərkəzinin 7 kilometrlik dəmir yolu xətti BTQ-yə birləşdiriləcək.

AK Partiyasının Qars üzrə millət vəkili və keçmiş Nəqliyyat, Rabitə və Dənizçilik naziri Əhməd Arslan bildirib ki, gömrük prosedurlarında bütün yüklər Türkiyədən Gürcüstana keçərək Orta Asiyaya daşınacaq və Bakı-Tbilisi-Qars dəmir yolu xətti İpək Yolunda yük daşımalarını davamlı edəcək. O vurğulayıb ki, bu xətt vasitəsilə Türkiyədən Uzaq Şərqə və Orta Asiyaya, eləcə də bu ərazilərdən yüklərin Türkiyəyə daşınmasına imkan verəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır