Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Türkiyədən Çinə yola çıxan yük qatarı Qarsdan Axalkalakiyə səmt alıb

Türkiyədən Çinə yola çıxan ilk ixrac qatarı dekabrın 8-də Qarsdan Gürcüstanın Axalkalaki dəmir yolu stansiyasına səmt alıb.

AZƏRTAC xəbər verir ki, oktyabrın 4-də İstanbuldan yola çıxan qatar ötən dörd gündə Türkiyənin Kocaeli, Ankara, Kayseri, Sivas, Erzurum, və Sarıkamış stansiyalarından keçib.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Transxəzər Şərq-Qərb dəhlizi vasitəsilə Çin istiqamətində hərəkət edən 754 metr uzunluğunda bu qatar 2 qitə, 2 dəniz və 5 ölkədən keçməklə ümumilikdə 8693 kilometr yol qət edəcək. Hələlik qatarın hərəkətində heç bir ləngimə yoxdur.

Qeyd edək ki, ilk dəfə bu marşrut üzrə Çindən çıxan tranzit yük qatarı 2019-cu ilin noyabr ayında Praqa şəhərinə çatıb. Qatar sonradan Çin-Türkiyə-Avropa xətti üzrə 10 blokdan ibarət yüklə hərəkətdə olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır