Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Türkiyədən Çinə ixrac yüklərini daşıyan ilk qatar Qazaxıstanın Aktau limanına gəlib

Türkiyədən Çinə ixrac yüklərini daşıyan ilk qatar Qazaxıstanın Aktau limanına gəlib.

AZƏRTAC xəbər verir ki, bu il dekabrın 4-də İstanbuldan göndərilən ixrac qatarı Xəzər dənizi vasitəsilə dekabrın 12-də "Beket Ata" fider gəmisi ilə Qazaxıstanın Aktau limanına yan alıb.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə İstanbuldan Siana yola salınan ilk ixrac qatarının operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – ADY Konteyner (Azərbaycan), KTZ Express (Qazaxıstan), GR Logistics (Gürcüstan) və Pasifik Eurasia Logistics (Türkiyə) şirkətləridir.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Transxəzər Şərq-Qərb dəhlizi vasitəsilə Çin istiqamətində hərəkət edən bu qatar 2 qitə, 2 dəniz və 5 ölkədən keçməklə ümumilikdə 8 min 693 kilometr yolu 12 günə qət edəcək.

Qeyd edək ki, cari il ərzində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Xəzər dənizi üzərindən fider gəmiləri vasitəsilə ümumilikdə 11 min 680 TEU konteyner daşınıb.

Xatırladaq ki, ilk dəfə bu marşrut üzrə Çindən çıxan tranzit yük qatarı 2019-cu ilin noyabr ayında Praqa şəhərinə çatıb. Qatar sonradan Çin-Türkiyə-Avropa xətti üzrə 10 blokdan ibarət yüklə hərəkətdə olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır