Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Lider limanların konteyner dövriyyəsi

Çinin Şanxay limanının 2021-ci ilin 8 ayında konteyner ötürmə qabiliyyəti 30,96 milyon TEU təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,4% çoxdur.

“Seanews.az”-ın məlumatına görə, Şanxayın “rəqibi” Sinqapur limanının həmin dövrdə konteyner dövriyyəsi 25.04 milyon TEU olub. Bu da ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 4,2% çox deməkdir.

Şanxay limanında bu ilin avqust ayında konteyner dövriyyəsi əvvəlki aya nisbətən 16.8%, 2020-ci ilin avqust ayına nisbətən isə 12.5% ​​çox -  4.32 milyon TEU olub.

2021-ci ilin avqust ayında Sinqapur limanından 3.21 milyon TEU  keçib ki, bu da əvvəlki ayla müqayisədə 1.9%, 2020-ci ilin avqust ayı ilə müqayisədə isə 0.3% çoxdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır