Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Əsas marşrutlarda uzunmüddətli müqavilələr üzrə tariflərin yüksək olacağı ehtimal edilir

2022-ci ildə konteyner xətlərinin ümumi mənfəəti 200 milyard dollara çata bilər.

“Seanews.az” “Drewry”-yə istinadən xəbər verir ki,  əsas marşrutlar üzrə illik faiz dərəcəsi cari ildə keçən ilə nisbətən 60%-dən çox olacaq. Nəticədə, həcmlər azalsa belə, mənfəət artacaq.

Analitiklər pandemiya və bunun nəticəsində yaranan tədarük zənciri böhranı daşıyıcıların gözlənilməz gəlirlərinin və səhm artımının əsas amilləri hesab edirlər. Sadə dillə desək, tıxac nə qədər uzun sürərsə, yükdaşıma tarifləri və daşıyıcının mənfəəti də bir o qədər yüksək qalacaq.

Yük sahibləri və xətlər bu il həmişəkindən daha tez müqavilə danışıqlarına başlayıb. Asiya-ABŞ, Asiya-Avropa kimi əsas marşrutlarda uzunmüddətli müqavilələr üzrə tariflərin keçən ilin yanvar ayına nisbətən iki və ya üç dəfə yüksək olacağı ehtimal edilir.   


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır