Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

 “Quinto Scheepvaart B.V.” şirkəti 25 illik konteyner biznesindən tanker biznesinə keçid edir

Belçikanın “Quinto Scheepvaart B.V.” şirkəti Niderlandın “Concordia Damen” gəmiqayırma zavoduna tankerin tikintisini sifariş verib.  Bununla da Quinto ailəsi 25 illik konteyner biznesindən tanker biznesinə keçid edir.

“Seanews.az”-ın məlumatına görə, “Quinto Scheepvaart” neft və yüngül kimyəvi tankerlərin yeni nəsli olan “Parsifal” tipli tankeri seçib. “Parsifal” tankerləri “Concordia Damen” tərəfindən layihələndirilib.

110 metr uzunluğunda və 11,45 metr enində olan “Parsifal” tankerləri kiçik suyaoturumla (3,25 metr suya oturumla 2875 ton) böyük tutuma malikdirlər.

Gəmiqayırma mütəxəssislərinin fikrincə, səmərəli gövdə forması optimal “sürət və güc” yaradır.

Gəmi nisbətən aşağı güclə yüksək sürətə çata bilir: 2×500 kVt mühərriklərlə saatda 22 km-dən çox yol gedə bilir.

“Parsifal” tankerləri elə qurulub ki, hər bir gəmi üçün güc qurğularının növü müştərinin istəyinə uyğunlaşdırıla bilsin: dizel-elektrik, birbaşa ötürücülü dizel və ya LNG-elektrik.

Bu müqaviləyə əsasən, Rotterdam yaxınlığındakı Zwindrecht limanında qeydiyyatda  olacaq gəmi “Caterpillar Stage V” mühərrikləri ilə təchiz ediləcək. Tankerin bir il ərzində, 2023-cü ilin dekabrında təhvil verilməsi nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır