Qazaxıstan Xəzər dənizində gəmiqayırma və gəmi təmiri zavodu tikəcək
Qazaxıstan Xəzər dənizində gəmiqayırma və gəmi təmiri zavodu tikmək niyyətindədir.
“Seanews.az” xəbər verir ki, bu barədə saziş Dubayda keçirilən “COP 28” Dünya İqlim Sammiti çərçivəsində imzalanıb.
Qazaxıstanda gəmi təmiri və gəmiqayırma müəssisəsinin yaradılmasına dair “Kazmunayqas NK” SC və “AD Ports Group” arasında qarşılıqlı anlaşma haqqında saziş dövlət başçısı Kasım-Jomart Tokayevin iştirakı ilə bağlanıb.
İkitərəfli sənədi milli şirkətin İdarə Heyətinin sədri Maqzum Mirzəqaliyev və “AD Ports Group”-un baş direktoru Mohammed Cuma Al Shamisi imzalayıblar. Saziş əməkdaşlığın əsas şərtlərini müəyyən edir.
Tərəflər Xəzər dənizi sahilində gəmi təmiri və gəmiqayırma müəssisəsinin mümkün tikintisi məsələsini öyrənmək üçün birgə işçi qrup yaradacaqlar.