Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

Türkiyənin 2 gəmiçilik şirkəti Rusiyaya daşımaları dayandırıb

Türkiyənin aparıcı gəmiçilik şirkətlərindən “Akkon Lines” və “Arkas” Qara dənizdə təhlükələrin artmasını əsas gətirərək Rusiyanın bütün limanlarına xidmətlərini dayandırıb.

“Seanews.az” xarici mediaya istinadla bu barədə xəbər verir.

Qərar Türkiyəyə məxsus “RMS Teams” konteyner gəmisinin avqustun 21-də Novorossiysk limanında pilotsuz uçuş aparatı ilə vurulmasından və gəminin ağır zədələnərək tam konstruktiv itki hesab edilməsindən sonra qəbul olunub. 2004-cü ildə inşa edilən, 1096 TEU tutumlu gəmi 2023-cü ildən Türkiyə mülkiyyətindədir və Barbados bayrağı altında üzürdü.

Məlumata görə, “Akkon Lines” bundan əvvəl Novorossiyskə göndərilən yükləri Sankt-Peterburqa yönləndirməyə başlamışdı. Lakin artan risklər səbəbindən şirkət Rusiyanın bütün limanlarına, o cümlədən Sankt-Peterburqa xidmətləri dayandırmaq qərarına gəlib.

Şirkət yük sahiblərinə sistemdə olan yüklərin mənşə limanına və ya təyinat məntəqəsinə qaytarılacağını bildirib. “MSC” də gəmilərindən birinin vurulmasından sonra Novorossiyskə xidmətini dayandırıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır