Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

“MSC” gəmiçilik şirkəti hava nəqliyyatı bölməsi yaradır

“MSC” yeni “MSC Air Cargo” aviasiya bölməsini yaradır. O, 2023-cü ilin əvvəlində fəaliyyətə başlayacaq.

“Seanews.az”ın məlumatına görə,  bu məqsədlə şirkət Amerikanın “Atlas Air” yük aviaşirkəti ilə dörd “Boeing 777-200F” təyyarəsi üçün uzunmüddətli müqavilə imzalayıb. “MSC” markalı gəmilər “Atlas Air” tərəfindən idarə olunacaq. İlk “Boeing” bu ilin dördüncü rübündə təhvil veriləcək.

“MSC Air Cargo” "müştəri tələbinə cavab olaraq və konteyner daşıma həllərinə əlavə xidmət kimi" yaradılıb. Ona əvvəllər “Delta Cargo”, “Emirates SkyCargo” və “DHL” şirkətlərində çalışmış “Cenni Davel” rəhbərlik edəcək.

Qeyd edək ki, 2021-ci ilin fevral ayında “CMA CGM Group” gəmiçilik şirkəti özünün hava nəqliyyatı bölməsini – “CMA CGM Air Cargo” yaratmışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır