Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

“K” Line və “Tokyo Gas” mayeləşdirilmiş CO2-nin dəniz daşınması imkanlarını öyrənəcək

“Kawasaki Kisen Kaisha, Ltd.” (“K” Line) mayeləşdirilmiş təbii qazın tutulması və saxlanması çərçivəsində dəniz yolu ilə daşınmasına dair birgə araşdırma aparmaq üçün “Tokyo Gas CO., LTD” ilə razılığa gəlib.

“Seanews.az” xəbər verir ki, Yaponiya hökuməti karbonun tutulması və saxlanmasını karbon neytrallığına nail olmaq üçün perspektivli üsullardan biri hesab edir və 2050-ci ilə qədər ildə 120-240 milyon ton karbon qazı saxlama həcminə nail olmaq niyyətindədir.

“K” Line və “Tokyo Gas” Tokio ərazisində tutulan mayeləşdirilmiş karbon qazının Yaponiya və Asiya-Sakit okean regionunda müxtəlif anbar yerlərinə dəniz daşınmasının simulyasiyasını həyata keçirmək niyyətindədir.

Tərəfdaşlar həmçinin mayeləşdirilmiş karbon qazının gəmi ilə nəqlinin iqtisadi məqsədəuyğunluğunu və texnologiyasını öyrənmək istəyirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır