Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

“Torghatten Nord” üçün hidrogenlə işləyən sərnişin bərələri tikiləcək

Norveçin “Torghatten Nord” gəmiçilik şirkəti üçün iki sərnişin bərəsi tikiləcək. Gəmilər hidrogen yanacağı ilə işləyən mühərriklərlə təchiz olunacaq.

“Seanews.az” xəbər verir ki, “Norwegian Ship Design” (“NSD”) gəmi konstruktoru şirkətinin press-relizində belə deyilir.

LR sinifli bu gəmilər Norveçin “Myklebust Verft” gəmiqayırma zavodunda tikiləcək və istismara verildikdən sonra çətin hava şəraiti olan Arktika sularında bərə marşrutlarına xidmət göstərəcək. Bərə xətti Bodo şəhərini Rest və Verey adaları, həmçinin Moskenese ilə birləşdirir.

Uzunluğu 117 metr olan bərələr göyərtəsinə 120 avtomobil götürəcək. Bunlar, orta hesabla 17 düyün sürətlə 278 km-lik marşrutda ən azı 85% hidrogenlə işləyən dünyada bu tipli ən böyük gəmilər olacaq.

Marşrut boyu karbon qazı emissiyalarının azalması ildə demək olar ki, 26,5 min ton təşkil edəcək.

Gəmilər Norveç bayrağı altında üzəcək.

“Vard Langsten” tərsanəsində LR sinifli daha iki hidrogenlə işləyən gəmi tikilir. Külək stansiyalarının istismarı və onlara xidmət gəmilərinin 2025-ci ilin sonu və ya 2026-cı ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır