Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

“K Line” balkerləri ammonyak mühərrikləri ilə təmin edəcək

“Kawasaki Kisen Kaisha, Ltd.” (“K Line”) şirkəti “ITOCHU Corporation”, “Nihon Shipyard Co., Ltd.”, “MAN Energy Solutions”, “Mitsui E&S Co., Ltd.” və “NS United Kaiun Kaisha, Ltd.” ilə ammonyakla işləyən gəmilərin kommersiyalaşdırılması üzrə birgə iş haqqında anlaşma memorandumu imzalayıb.

“Seanews.az” xəbər verir ki, kommersiya miqyasına keçməzdən əvvəl pilot layihə çərçivəsində “MAN”-ın ammonyak mühərrikləri “Nihon” gəmiqayırma zavodunda tikilən 200 min ton dedveytli quru yük gəmisinə qoyulacaq. Bu balkerlərin istismarı zamanı layihənin gələcək inkişafı üçün əməliyyat məlumatları toplanmalıdır.

“K Line” şirkətində qeyd ediblər ki, sıfır emissiyalı dəniz yanacağı kimi ammonyaka tələbat getdikcə artır və ammonyakla işləyən mühərriklərin inkişafı gəmilərin geniş istifadəsi üçün əsas tələbdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır