Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

İşlənmiş qazın təmizlənməsi sistemləri ilə təchiz olunmuş konteyner gəmilərinin sayı rekord həddə çatıb

İşlənmiş qazın təmizlənməsi sistemləri (skrubberlər) ilə təchiz olunmuş konteyner gəmilərinin sayı rekord həddə çatıb və bu, dünya konteyner donanmasının 36%-ni təşkil edir.

Bu barədə “Seanews.az” “Alphaliner”-in hesabatına istinadən xəbər verir.

Yeni sistemlərlə təchiz edilmiş konteyner gəmilərinin ümumi tutumu bir il əvvəl 1,8 milyon TEU olduğu halda, bu ilin yanvar ayında 10,3 milyon TEU-ya çatıb.

Bu tonajın 2023-cü ilin sonunda əlavə edilmiş 890 min TEU-su “MSC”-nin payına düşür. Hazırda “MSC”-nin konteyner donanmasının 54%-i skrubberlərlə təchiz olunub. 2022-ci ildə bu rəqəm 46% təşkil edib.

2023-cü ildə “ONE” donanmasında skrubberləri olan gəmilərinin sayını 40-a,  ümumi tutumunu isə 600 min TEU-ya çatdırıb.  Yaponiya daşıyıcısının donanmasının cəmi 33%-i artıq işlənmiş qazın təmizlənməsi sistemləri ilə təchiz olunub ki, bu da 2022-ci illə müqayisədə 9% çoxdur. Bu reytinqdə “ONE” gəmiçilik şirkəti “Hapag-Lloyd”-u qabaqlayır.

“COSCO” və “Yang Ming” gəmiçilik şirkətləri keçən il skrubberlərlə təchiz olunmuş donanmalarının payını müvafiq olaraq 7% və 6% artırıblar.

İsrailə məxsus “ZIM”-in ümumi tutumu 70 min TEU olan skrubberli cəmi doqquz konteyner gəmisi var. “Bu xəttin ilk 10 ən böyük konteyner daşıyıcısı arasında olmasına baxmayaraq, skrubberlər üzrə reytinqdə cəmi 16-cı yerdədir. “ZİM”-in yeni gəmilərinin əksəriyyəti LNG ilə işləyəcək”, - nəşr yazır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır