Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Ammonyakla işləyən yeni bunker gəmisi layihəsi yaradılacaq

“RINA” təsnifat cəmiyyəti, İtaliyanın “Gas and Heat” şirkəti və Finlandiyanın “Wartsila” texnoloji qrupu birgə bunker gəmisi layihəsini hazırlamaq barədə razılığa gəliblər.

“Seanews.az” xəbər verir ki, tərəfdaşlar ammonyakla işləyəcək və gəmiləri yaşıl yanacaqla təmin edəcək ixtisaslaşmış gəmi layihələndirəcəklər.

Bildirilir ki, İtaliya şirkəti yanacaq daşıma sisteminin texniki layihəsini, Finlandiya şirkəti “Wartsila 25” mühərriki əsasında inteqrasiya edilmiş hərəkət sistemini hazırlayacaq. “RINA” təsnifat cəmiyyəti isə layihənin uyğunluğunu qiymətləndirəcək.

Qeyd edək ki, İtaliyanın “Gas and Heat” şirkəti yanacaq emalı sistemlərinin layihələndirilməsi və yaradılması, LNG və alternativ dəniz yanacaqlarının yük çənləri üçün mühəndis həllərinin işlənib hazırlanması üzrə ixtisaslaşmışdır.

“Wartsila Corporation” (qərargahı Helsinki, Finlandiya) gəmiçilik, neft, elektrik və digər sahələr üçün mühərrik və sistemlərin layihələndirilməsi və istehsalı üzrə ixtisaslaşmışdır. Şirkət dünyanın 70-dən çox ölkəsində fəaliyyət göstərir.

İtalyan təsnifat cəmiyyəti “RINA” müxtəlif sektorlarda: enerji, dəniz nəqliyyatı, sertifikatlaşdırma, infrastruktur və sənayedə geniş xidmətlər təqdim edir. “RINA”-nın 70 ölkədə ofisləri var, əsas beynəlxalq təşkilatların üzvüdür və təhlükəsizlik sahəsində yeni qanunvericilik standartlarının hazırlanmasına öz töhfəsini verir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır