Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Hindistan gəmiqayırma şirkətinə külək stansiyalarına xidmət gəmilərinin tikintisi sifariş verilib

Hindistanın ən böyük gəmiqayırma və gəmi təmiri şirkəti “Cochin Shipyard Limited” (“CSL”) Britaniyanın dənizdə bərpa olunan enerji operatoru “North Star Shipping”-dən külək stansiyalarına xidmət edən gəmilərin (“SOVs”) tikintisi üçün sifariş alıb.

“Seanews.az” xəbər verir ki, bu barədə “CSL”-nın mətbuat xidmətindən bildirilib.

Hibrid mühərrikli gəmilər Suffolk sahillərində yerləşən “Scottish Power Renewables East Anglia” dəniz külək stansiyalarında “Siemens Gamesa” külək turbinlərini gücləndirəcək. Müqavilə əlavə iki oxşar gəmi tikmək variantını da nəzərdə tutur. “North Star” artıq bu il daha bir hibrid “SOV”-un tikintisi üçün “Cochin Shipyard”-ə sifariş verib.

Bu layihənin gəmilərinin uzunluğu 85 metrdir. Onlar “VARD AS” konstruktor bürosu tərəfindən “4-19” layihəsi əsasında tərtib edilmişdir. Bu gəmilər dənizdəki külək elektrik stansiyalarının saxlanılması, təmiri və istismarı ilə məşğul olacaq.

“DNV” sinfinə uyğun tikiləcək gəmidə texniki mütəxəssislər və heyət üzvlərinin sayı 80 nəfər olacaq.

“CSL” hazırda Avropadan olan gəmiçilik şirkəti üçün iki külək stansiyalarına xidmət gəmisinin (“CSOV”) tikintisi ilə məşğuldur.

“Coching Shipyard Limited” (“CSL”) Hindistan hökumətinin gəmiqayırma və gəmi təmiri müqavilələrini həyata keçirən dövlət şirkətidir. “CSL” Avropa və Yaxın Şərq şirkətləri ilə müqavilələr əsasında işləyir və eyni zamanda ilk Hindistan hərbi gəmisinin inşası üçün sifariş alıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır