Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

“Mitsubishi Shipbuilding” Yaponiyanın metanolla işləyən ilk yük-sərnişin Ro-Ro gəmilərini inşa edəcək

“Mitsubishi Shipbuilding” (“Mitsubishi Heavy Industries”, “MHI” qrupuna daxildir) təkərli yüklərin və sərnişinlərin daşınması üçün Yaponiyanın ilk metanolla işləyən gəmilərini inşa edəcək.  

“Seanews.az” xəbər verir ki, sifarişlər Yaponiyanın yerli gəmiçilik şirkətlərindən - “Toyofuji Shipping” və “Fukuju Shipping” daşıyıcılarından gəlib.

Hər iki Ro-Ro gəmisi “MHI Shimonoseki Shipyard & Machinery Works”-ə məxsus “Enura” gəmiqayırma zavodunda tikiləcək. Razılaşmaya əsasən, gəmilər 2027-ci maliyyə ilinin sonuna kimi sifarişçilərə təhvil veriləcək.

Gəminin uzunluğu 169,9 metr, eni 30,2 metr, ümumi tutumu 15 750 ton, yükgötürmə qabiliyyəti 2,3 min sərnişin avtomobili, əməliyyat sürəti 21 düyündür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır