Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Türkiyə gəmilərdən emissiyalara vergi tətbiq etməyi planlaşdırır

Türkiyə parlamenti gəmilərdən CO2 tullantılarının qiymət mexanizminin planını təsdiqləyib.

“Seanews.az” “Maritime Executive” istinadən xəbər verir ki, Türkiyə limanlarına daxil olan və çıxan ticarət gəmilərinin karbon emissiyalarına görə gəmi sahiblərindən rüsum tutulacaq.

“Yeni qanunun əhatə dairəsinə düşəcək gəmilərin növləri, tonajı, rüsum dərəcələrini və emissiyaların monitorinqi, hesabat verməsi və yoxlanılması prosedurlarını müəyyən edən qayda tezliklə açıqlanacaq. Bu siyasətin 10 milyon tondan çox CO2-ni tənzimləyəcəyi təxmin edilir”, - nəşr yazır.

Bundan əlavə, Türkiyə hökuməti milli emissiya ticarəti sistemini inkişaf etdirməyi və tətbiq etməyi planlaşdırır.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatına görə, bu ilin yanvar-may aylarında Türkiyə limanlarından 1,2 milyon TEU keçib ki, bu da 2023-cü ilin ilk 5 ayı ilə müqayisədə 54% çoxdur. Bu həcmin 28%-i və ya 340 min TEU Avropa Birliyi ölkələrinə gedən marşrutların payına düşür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır