Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

“MOL” peyindən biometan istehsalı və istifadə imkanlarını öyrənəcək

“Mitsui O.S.K. Lines” (“MOL”) xətti gəmiçiliyi “JA Hamanaka, Takanashi Milk Products Co., Ltd.”, “Hokkaido Gas Co., Ltd” şirkətləri və Hamanaka şəhərinin hakimiyyət orqanları ilə əməkdaşlıq edərək peyindən biometan istehsalı və istifadə imkanlarını öyrənəcəklər.

“Seanews.az” xəbər verir ki,qiymətli xammal südçülüyün inkişaf etdiyi Hokkaydo prefekturasının Hamanaka şəhərindəki fermalardan təmin ediləcək.

Mayeləşdirilmiş təbii qaz hazırda ənənəvi yanacağa aşağı karbonlu alternativ kimi istifadə olunur. LNG-nin istifadəsi gəmilərdən və sənaye müəssisələrindən karbon qazı emissiyalarını ənənəvi yanacaqlarla müqayisədə 25-40% azalda bilər.

Tədqiqatın məqsədi 2050-ci ilə qədər xalis sıfır emissiyaya nail olmaq üçün Hamanakada istehsal olunan biometanın hamısının və ya bir hissəsinin gəmi və sənaye yanacağı kimi istifadəsinin mümkünlüyünü qiymətləndirməkdir.

“MOL” qeyd edir ki, biometan karbonsuzlaşdırma məqsədləri üçün effektiv enerji mənbəyidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır