Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

İri gəmiçilik şirkətləri və gəmi istehsalçıları mayeləşdirilmiş karbon qazı daşıyıcılarını birgə hazırlayacaqlar

Yaponiyanın iri gəmiçilik şirkətləri və gəmi istehsalçıları mayeləşdirilmiş karbon qazı daşıyıcıları üçün standart spesifikasiyaları və layihələri birgə hazırlayacaqlar.

Bunu “SeaNews.az” “K Line” şirkətinə istinadən xəbər verir.

“K Line” ilə yanaşı, layihədə “Mitsui O.S.K. Lines, Ltd.” (“MOL”), “Nippon Yusen Kabushiki Kaisha” (“NYK Line”), “Mitsubishi Shipbuilding Co., Ltd.”, “Imabari Shipbuilding Co., Ltd.,” “Japan Marine United Corporation” (“JMU”) və “Nihon Shipyard Co., Ltd” şirkətləri iştirak edirlər.

Şirkətlərin birgə bəyanatında deyilir ki, mayeləşdirilmiş CO2-nin nəqli üçün ixtisaslaşdırılmış daşıyıcılara (LCO2 tankerlərinə) tələbatın artacağı gözlənildiyi üçün Yaponiya tərsanələrində belə gəmilərin tikintisini təmin etmək lazımdır.

Bu halda təkcə layihə iştirakçılarının gəmiqayırma zavodlarından deyil, Yaponiyanın digər gəmiqayırma müəssisələrindən də istifadə edilməsi nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır