Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Filippin Sahil Mühafizəsi bölgədə ilkə imza ataraq, İnsansız Dəniz Platformasını inventarına əlavə edib

Filippin Sahil Mühafizəsi bölgədə bir ilkə imza ataraq, İnsansız Dəniz Platformasını (İDP) inventarına əlavə edib.

Ordu.az xəbər verir ki, bunun sayəsində Filippin həm göydən, həm də dənizdən əldə etdiyi məlumatlarla daha əhatəli dəniz təhlükəsizliyi əməliyyatları həyata keçirə biləcək.

Bu inkişaf Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsinin (UNODC) Qlobal Dəniz Cinayətləri Proqramı (GMCP) çərçivəsində Filippin Sahil Mühafizəsinə İDP bağışlamasından sonra baş verib.

Filippin tərəfindən qəbul edilən İDP-nin ölkənin dəniz sərhədlərinin qorunması, dəniz quldurluğunun qarşısının alınması və digər dəniz təhlükəsizliyi əməliyyatlarının həyata keçirilməsində mühüm rol oynayacağı düşünülür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır