Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

Oslo limanında kruiz gəmiləri üçün sahil elektrik stansiyası istismara verilib

Norveçin Oslo limanında kruiz gəmiləri üçün quruda elektrik stansiyası rəsmən istifadəyə verilib.

“Seanews.az” limanın mətbuat xidmətinə istinadən xəbər verir ki, açılış sahil enerjisi təchizatına qoşulmuş “AIDAluna” kruiz gəmisinin gəlişi ilə eyni vaxta təsadüf edib.

Rəsmi açılış 25 sentyabr 2024-cü ildə baş tutsa da, mayın 19-dan limanda sahil enerjisi fəaliyyət göstərir. Stansiya işə salınandan indiyədək 43 gəmidən 20-si bu obyektə qoşulub.

Oslo limanı həmçinin 2025-ci ildə Philipstad terminalında dayanan kruiz gəmiləri üçün quruda elektrik stansiyasını işə salmağı planlaşdırır.

Qurudakı elektrik stansiyasının məqsədi növbəti 3-4 il ərzində dəniz sərhədi daxilində Osloya səfər edən kruiz gəmilərinin karbon emissiyalarını 80%-ə qədər azaltmaqdır. Ümumiyyətlə, liman 2030-cu ilə qədər istixana qazı emissiyalarını 85% azaltmağı və nəticədə sıfır emissiyaya nail olmağı hədəfləyir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır