Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

İki yanacaqlı mühərriklərlə təchiz edilmiş gəmilər metanolla işləyə biləcək

Şanxayda xətti daşıyıcı “COSCO SHIPPING Container Lines Co., Ltd.” və gəmiqayırma şirkəti “COSCO SHIPPING Heavy Industry Co., Ltd.” arasında tutumu 13,7 min TEU olan on iki konteyner gəmisinin tikintisi üçün müqavilə imzalanıb.  

“Seanews.az” xəbər verir ki, iki yanacaqlı mühərriklərlə təchiz edilmiş gəmilər metanolla işləyə biləcək.

Bu, “COSCO Shipping Lines”, “COSCO Shipping Heavy Industry” və Çinin Dəniz Mühəndisliyi və Tədqiqat İnstitutu mütəxəssislərinin birgə layihəsi əsasında  hazırlanmış yeni tip gəmidir.

Konteynerdaşıyan gəminin uzunluğu 335,9 metr, eni 51 metr, adi və soyuducu konteynerlərin tutumu 13,7 min TEU-dur. Gəmilərin inşasında enerjiyə qənaət edən müxtəlif texnologiyalardan istifadə olunacaq.

Yeni konteyner gəmiləri “QEnergy Efficiency Design Index” (“EEDI P3”) standartına və ən son kibertəhlükəsizlik qaydalarına cavab verir. İki yanacaqlı əsas mühərrik və generator metanolla işləyə biləcək və bu, istixana qazı emissiyalarını əhəmiyyətli dərəcədə azaldacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır