Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

Rotorlu yelkənli konteyner gəmilərinin tikintisi sifarişi ləğv edilir

Fransanın "Zéphyr & Borée" startapı beş innovativ konteyner gəmisinin tikintisi ilə bağlı sifarişi ləğv edib.

“Seanews.az” “Splash”a istinadən xəbər verir ki, Cənubi Koreyanın “Hyundai Mipo Dockyard” şirkəti ilə 2023-cü ilin mayında 311 milyon dollarlıq müqavilə imzalanıb.

Birjaya verdiyi açıqlamada “Hyundai Mipo Dockyard” şirkəti sifariş müqaviləsinin gəmi sahibi tərəfindən onun xahişi ilə ləğv edildiyini söyləyib.

Öz növbəsində “Zéphyr & Borée” bildirib ki, sifariş maliyyələşmə ilə bağlı problemlərə görə ləğv edilib. Konteyner gəmilərinin çatdırılması 2025-ci ilin may ayının sonundan 2026-cı ilin iyun ayına qədər planlaşdırılmışdı. Müqavilənin bağlanması zamanı hər bir gəminin dəyəri 62,2 milyon dollar qiymətləndirilirdi ki, bu da o vaxt standart konteyner gəmisinin dəyərindən təxminən iki dəfə baha idi.

“Zéphyr & Borée” tərəfindən hazırlanmış konteyner gəmilərinin uzunluğu 160 metr, tutumu 1,3 min TEU-dur. Layihəyə əsasən, konteyner gəmiləri CO2 emissiyalarını 80% azaldan rotor yelkənləri ilə təchiz edilməli idi. Onların metanolla işləyəcəyi güman edilirdi.

Qeyd edək ki, “Zéphyr & Borée”-nin hazırladığı başqa bir layihə dünyanın ilk yelkənli “RO-RO” daşıyıcısıdır və “Canopée” adlanır. O, istismara verilib və sifarişçinin - Fransanın “ArianeGroup” aerokosmik şirkətinin maraqları üçün işləyir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır