Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-26,
Seanews
Heyder Eliyev

ABS Rəhbəri: “Gəmiçilik Beşinci Sənaye İnqilabına keçid edir”

Süni intellekt (AI) gəmiçiliyi təhlükəsizlik və səmərəlilik baxımından tamamilə dəyişdirəcək.  Seanews.az xəbər verir ki,  bunu ABS-in (American Bureau of Shipping) İdarə Heyəti sədri və baş direktoru  Kristofer C. Viernicki bildirib.

O, Sinqapur Milli Universitetinin Dəniz Texnologiyası və İdarəetmə üzrə magistr proqramında verdiyi mühazirədə qeyd edib ki, texnologiyanın yüksək sürətlə inkişaf etdiyi bu dövrdə insan amilinin də əhəmiyyəti artmaqdadır.

Viernicki “Maritime 5.0” adlandırılan bu yeni dövrün əsasını süni intellektin genişlənən imkanlarının təşkil etdiyini və gəmiçiliyi daha təhlükəsiz, səmərəli və optimallaşdırılmış vəziyyətə gətirdiyini vurğulayıb. Onun sözlərinə görə, gəmiçilik sənayesi mürəkkəb sistemlərin bir-birinə bağlı olduğu nəhəng bir şəbəkədir və təchizat zəncirinin hər hansı bir hissəsində yaranan çətinlik bütün şəbəkəyə təsir göstərə bilər. O, pandemiya və geosiyasi vəziyyətlərin gəmiçilik sənayesindəki dəyişikliklərə necə təsir etdiyinə toxunub.

Gəmiçilik hazırda  “yaşıl” və rəqəmsal texnologiyalar sahəsindəki yeniliklər əsasında yeni bir sənaye inqilabı mərhələsinə qədəm qoyur. Viernicki gələcəkdə təhlükəsizliyin sadəcə qəzalardan qaçmaq mənasında deyil, həm də kiber təhlükəsizlik və etibarlılıq ilə eyni səviyyədə qiymətləndiriləcəyini vurğulayıb.

O, əlavə edib ki, bu dövr üçün doğru yanaşmanı seçmək mühümdür. Bu yanaşma texnoloji, iqtisadi və sosial məsuliyyətin uyğunlaşdığı bir modelə əsaslanmalı və milli iqtisadi, enerji və təhlükəsizlik strategiyalarının birləşməsindən yaranmalıdır. Bu doğru yanaşma ilə “Maritime 5.0” dövrünə hazır olmaq mümkündür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır