Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

Amerikanın “Compact Container Systems” şirkəti qatlanan konteynerlər inşa edib

Amerikanın “Compact Container Systems” (“CCS”) şirkəti  dünyanın ilk qatlanan konteynerini inşa edib.

“Seanews.az” xəbər verir ki, istehsalçıya görə, qatlanan zaman beş “SeaFold” konteynerindən ibarət “yığın” bir standart 40 futluq “High Cube” konteyneri ilə eyni yer tutur. Bu layihə saxlama sahəsinə 80% qənaət etməyə, daşınma və saxlama ilə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.

“SeaFold”-in istehsalında sənaye standartlarına cavab verən ən keyfiyyətli materiallardan istifadə olunur. Konteyner ISO tələblərinə cavab verir, suya davamlıqla bağlı sınaqlardan keçib və əksər limanlarda, terminallarda və anbarlarda istifadə olunan bütün standart qaldırıcı texnikalara uyğundur və heç bir xüsusi avadanlıq tələb etmir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır