Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

"Maersk" ilk iri konteyner gəmisini ikiyanacaqlı sistemə keçirib

“A.P. Moller – Maersk” şirkəti “Maersk Halifax” kontyener gəmisini metanolla işləyəbilən ikiyanacaqlı mühərrikə çevirib.

“Seanews.az” xəbər verir ki, retrofit əməliyyatı Çinin Zhoushan Xinya Gəmiqayırma zavodunda aparılıb və 88 gün ərzində başa çatdırılıb.

Təkmilləşdirmə prosesinə yeni metanol yanacaq çənlərinin, yanacaq təchizatı sisteminin əlavə edilməsi və gəminin uzunluğunun 15 metr artırılaraq 368 metrə çatdırılması, eyni zamanda tutumunun 15,690 TEU-ya qədər yüksəldilməsi işləri daxildir.

Modernləşdirmə başa çatdırıldıqdan sonra gəmi dəniz sınaqlarını uğurla tamamlayıb və “Maersk Halifax” Trans-Sakit Okean marşrutu üzrə istismara qaytarılıb.

Bu addım şirkətin 2040-cı ilə qədər sıfır karbon emissiyasına nail olmaq məqsədinə uyğun olaraq həyata keçirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır