Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

Gəmilərin yanacaq tədarükü və yanacaq doldurma proseslərinin rəqəmsal sənədləşdirilməsi sistemi sınaqdan keçirilir

Avropanın ən böyük bunker mərkəzi olan Rotterdam limanı gəmilərin yanacaq tədarükü və yanacaq doldurma proseslərinin rəqəmsal sənədləşdirilməsi sistemini sınaqdan keçirməyə başlayıb. Sınaq dörd həftə ərzində iki şirkət, yanacaq tədarükçüsü “Vitol Bunkers” və elektron bunker proqram tərtibatçısı “ZeroNorth” tərəfindən aparılacaq.

“Seanews.az” xəbər verir ki, “ZeroNorth”-un açıqlamasında belə deyilir.

“ZeroNorth”, “Vitol” şirkətləri və Rotterdam limanı ilk rəqəmsal bunker əməliyyatını 12 noyabr 2024-cü ildə yerinə yetiriblər. Sınaq zamanı “Vitol” şirkəti “ZeroNorth” elektron bunker tədarük qeydi (“eBDN”) tətbiqindən istifadə edərək Rotterdam limanında gəmilərə 3 və ya 4 yanacaq tədarükü həyata keçirəcək. İştirakçılar ənənəvi kağız sənədlərdən istifadə etməyəcəklər və bu da bütün prosesi sürətləndirəcək, səmərəliyi artıracaq və ötürülən məlumatların keyfiyyətini yaxşılaşdıracaq.

Bu yay “Vitol Bunkers” “eBDN” rəqəmsal yol sənədlərini tətbiq edən Sinqapur Dəniz və Liman İdarəsi ilə birlikdə dünyada ilk dəfə Sinqapur limanında belə bunker həyata keçirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır