Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-04,
Seanews
Heyder Eliyev

“Hapag-Lloyd” tikilməkdə olan gəmilərə külək deflektoru quraşdırır

“Hapag-Lloyd” Cənubi Koreya və Çində inşa edilən konteyner gəmilərində külək deflektorları quraşdırır.

“Seanews.az” bu barədə “Alphaliner”-ə istinadən xəbər verir.

“Alphaliner” Cənubi Koreyada tikilməkdə olan böyük külək deflektoru olan “Megamax” konteyner gəmisinin şəklini yerləşdirib. Çin tərsanələrində tikilən konteyner gəmiləri də “ön şüşə” ilə təchiz olunacaq. “Ön şüşə” ilk dəfə “Norasia” konteyner xətti tərəfindən 20 il əvvəl inşa edilmiş kiçik konteyner gəmisində istifadə edilib (sonradan Çili gəmiçilik şirkəti “CSAV”, daha sonra “Hapag-Lloyd” tərəfindən alınıb).

Qeyd edək ki, altı il əvvəl Yaponiyanın “MOL” şirkəti yanacaq sərfiyyatını və tullantıları azaltmaq üçün gəminin aerodinamikasını təkmilləşdirməyə - texnologiya ilə eksperimentlərə başladı, sonra yeni texnologiya “ONE” və “CMA CGM” tərəfindən qəbul edildi.

İndi “ONE” yeni gəmilərinin hamısını külək deflektorları ilə təchiz edir. Belə ki, 2023-cü ilin yanvarında yapon daşıyıcısı metanoldan istifadə edəcək 13 min TEU tutumlu yeni 12 konteyner gəmisinin tikintisi zamanı “ön şüşənin” quraşdırılmasını istəyib.

Həmçinin ötən ilin fevralında “MSC” şirkəti “MSC Sydney VI” konteyner gəmisində külək deflektorunu sınaqdan keçirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır