Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Hindistan limanlarına gələn bütün gəmilər müşahidə sistemləri ilə təchiz ediləcək

Hindistan limanlarına səfər edən bütün gəmilər videomüşahidə sistemi ilə təchiz olunmalıdır.

“Seanews.az” xəbər verir ki, Hindistan Gəmiçilik Baş İdarəsinin tələbi 2025-ci ilin oktyabrından qüvvəyə minəcək.

Gəmiçilik Baş İdarəsinin baş direktoru yeni qaydanın tətbiqini heyətin təhlükəsizliyi də daxil olmaqla, təhlükəsizlik qaydalarına ciddi riayət edilməsi ilə əlaqələndirir.

Gəmidə quraşdırılmış müşahidə sistemi bütün göyərtəyə giriş nöqtələrini, yanalma avadanlığını, məhəccərlər və ya izolyasiya yerləri kimi yüksək riskli əraziləri, həmçinin toqquşmaların qarşısını almaq üçün operativ monitorinq və vəziyyətin təhlili üçün naviqasiya körpüsünü və maşın şəbəsinitam əhatə etməlidir.

Yeni qaydaya görə, 24 saat fasiləsiz çəkiliş minimum 90 gün saxlama qabiliyyəti ilə təmin edilməlidir. Körpüdə və ya təhlükəsizlik sahəsində real vaxt rejimində oxutma ilə mərkəzləşdirilmiş monitorinq stansiyası da tələb olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır