Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Çin beynəlxalq gəmiçilik reyestrini yaradıb

Çin Haynan əyalətində beynəlxalq gəmiçilik reyestrini yaradıb.

“Seanews.az” “Splash”a istinadən xəbər verir ki, Yanpuda yerləşən Haynan Beynəlxalq Gəmiçilik Reyestr İdarəsi “China Yangpu Port” reyestrində qeydiyyatdan keçmiş gəmilərin qeydiyyatı, keyfiyyətli idarə edilməsi, təftiş, bayraq dövləti xidmətləri üçün cavabdeh olacaq.

Reyestr administrasiyası Haynan Əyalətinin Nəqliyyat Nazirliyinin Dəniz Təhlükəsizliyi Administrasiyasının bölməsidir. O, həm beynəlxalq, həm də daxili sularda üzən gəmilərə xidmət göstərəcək.

Nəşr yazır: "Dörd il əvvəl Çin hökuməti Haynan Azad Ticarət Limanı üçün baş planı işə saldı və bu, 700-ə yaxın yeni gəmiçilik şirkətini Cənubi Çin adasına cəlb etdi".


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır