Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Dedveyti 325 min ton olan filiz daşıyıcısında rotor yelkənləri quraşdırılacaq

Sinqapurun “U-Ming Marine Transport” (“U-Ming”, Tayvanın “U-Ming Marine Transport Corporation” şirkətinin törəməsi) şirkətinin dedveyti 325 min ton olan böyük dəniz filiz daşıyıcısında (VLOC) dörd qatlanan rotor yelkənləri quraşdırılacaq.

“Seanews.az”-ın məlumatına görə, şirkət gəmilərini seçdiyi müvafiq köməkçi texnologiya ilə təchiz etmək üçün Britaniyanın “Anemoi Marine Technologies” şirkəti ilə müqavilə imzalayıb.

Hər bir silindrik yelkənin hündürlüyü 35 metr, diametri 5 metrdir. Avadanlıqların quraşdırılması 2025-ci ilin sonuna qədər başa çatdırılmalıdır. Gəminin ölçülərini aşmayan yelkənlər qatlandığı üçün yükləmə-boşaltma əməliyyatlarına mane olmur.

Mütəxəssislərin fikrincə, Çin və Braziliya, Cənubi Afrika və Avstraliya arasında okean marşrutları üzrə filiz daşınması zamanı yanacağa qənaət edilməklə yanaşı, zərərli emissiyaların ətraf mühitə atılması təxminən 10-12% azalacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır