Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

“Vard” zavodu təchizat gəmisini sualtı kabel çəkən gəmiyə çevirib

Norveç gəmi istehsalçısı “Vard” (“Fincantieri” qrupuna daxildir) “IT Infinity” platforma təchizat gəmisini (PSV) xüsusi sualtı kabel çəkən gəmiyə (CLV) çevirib.

“Seanews.az” xəbər verir ki, sifarişçi “İ.T. International Telecom Marine SRL” (“IT”) şirkətidir.

Təchizat gəmisi 2008-ci ildə “Volstad Maritime” şirkətinin sifarişi ilə Norveçin “Vard Brattvaaq” tərsanəsində inşa edilib. O vaxtdan gəminin sahibi bir neçə dəfə dəyişib: 2017-ci ildə “SD Standard Drilling” tərəfindən alınıb, 2021-ci ildə isə “İT”-yə satılaraq “IT Infinity” adlandırılıb.

2024-cü ildə “IT Infinity”-ni müasir kabel çəkən gəmiyə çevirmək üçün “Vard” zavodunda doka qaldırıblar. Sifarişi yerinə yetirmək üçün təxminən 550 ton poladdan istifadə edilib. 32 nəfərlik komandanın yerləşdirilməsi üçün otaqların sayı artırılıb.

Qeyd edək ki, “Vard Holdings Limited” şirkətlər qrupunun on gəmiqayırma zavodu (Norveçdə beş, Rumıniyada iki, Braziliyada iki və Vyetnamda bir) var. Əsas səhmdarı İtaliyanın “Fincantieri” gəmiqayırma qrupudur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır