Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-30,
Seanews
Heyder Eliyev

“Valemax” sinifli filiz daşıyıcısı beş rotorlu yelkənlə təchiz edilib

Gəmilər üçün köməkçi hərəkət sistemlərinin yaradılması üzrə ixtisaslaşan Britaniyanın “Anemoi Marine Technologies” mühəndis şirkəti 400 min ton dedveytli “Sohar Max” filiz daşıyıcısında (VLOC) beş rotorlu yelkənin quraşdırılması layihəsini başa çatdırıb. Bu, şirkətin modernləşdirmədə iştirak etdiyi ən böyük gəmidir.

“Seanews.az”-in verdiyi xəbərə görə, “Anemoi”-nin açıqlamasında belə deyilir.

Quraşdırılmış rotor yelkənlərinin hündürlüyü 35 metr, diametri 5 metrdir. Yelkənlər yükləmə-boşaltma əməliyyatlarına mane olmamaq və gəminin səth ölçülərini aşmamaq üçün qatlana bilər. Texnologiya tərtibatçısının fikrincə, belə yelkənlərin istifadəsi gəmiyə yanacaq sərfiyyatını 6%, karbon emissiyasını isə ildə 3 min ton azaltmağa imkan verəcək.

“Sohar Max”-in Tubarana (Braziliya) səfəri ərzində yelkən sisteminin sınaqları keçirilib.

“Sohar Max” filiz daşıyıcısı 2012-ci ildə Çinin “Rongsheng” tərsanəsində inşa edilmiş “Valemax” sinifli gəmilərin birinci nəslindəndir.  Sifarişçi Omanın “Asyad” şirkəti idi, gəmilər Braziliyanın “Vale” mədən şirkətinə taym-çarterə verilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır