Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-18,
Seanews
Heyder Eliyev

süni ada şəhərin səs-küyündən qaçıb istirahət etmək istəyənlər üçün

Şəhərin səs-küyündən qaçmaq istədiyiniz zaman sahildən uzaq, dənizin ortasında taxtadan bir adaya nə deyirsiniz? Kaş, gedib üzərində bir nəfəs ala bilsəydim, ağacın kölgəsində sərinləsəydim…Hə? Kopenhagendə yaşayanları bu baxımdan xoşbəxt saymaq olar. Çünki, onlar  sizin düşündüklərinizi artıq gerçəyə çevirə bilirlər. Kopenhagendə yerləşən bu taxta ada Blecher ve Fokstrotun imzasını əks etdirir. Dizaynerlərin “Ø1” adını verdikləri layihə ümumilikdə 25 kvadratmetr sahəni əhatə edir.   İstirahət sahəsi olaraq qurulan “Ø” Kopenhagen Adaları adlı layihənin ilk prototipidir. Gələcəkdə burada üzən səhnə, sauna, bağça və bar kimi modular da yerləşdiriləcək. Modulları bir-birindən ayrı və ya  tək bir platforma şəklində istifadə etmək mümkün olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır