Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

paniya Səudiyyə Ərəbistanı üçün beş ədəd korvet inşa edə

Səudiyyə Ərəbistanının beş ədəd korvet tikintisi ilə bağlı elan etdiyi tenderin qalibi İspaniyaya məxsus Navantia tərsanəsi olub. “Seanews.az” xəbər verir ki, korvetlərin inşası ilə bağlı iki tərəf arasında müqavilə imzalanıb. Müqavilənin dəyəri 1,8 milyard avroya bərabərdir. Bu müqavilənin İspaniyanın tərsanə tarixində xaricdən gələn ən böyük sifariş olduğu bildirilir. Layihənin icrasına 2018-ci ilin sonunda başlanacaq və 2022-ci ildə başa çatacaq. Xatırladaq ki, korvet hərbi gəmilərin  gözətçilik funksiyasını daşımaq üçün olan sinfidir. Başqa sözlə, korvetlər adətən su və hava məkanından gələn təhlükənin qarşısını almaq üçün müdafiə mövqeyini yerinə yetirirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır