Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

qapurda yüklərin gəmilərə dronla çatdırılması sınaqdan keçir

Sinqapurda kiçikhəcmli yüklərin pilotsuz uçan aparatlarının köməyi ilə reyddə dayanan gəmilərə və tankerlərə çatdırılması sınaqdan keçirilir. Bu, dünyada ilk belə eksperimentdir. Sinqapurun Nəqliyyat Nazirliyi, Mülki Aviasiya İdarəsi, həmçinin Dəniz və Liman İdarəsindən verilən məlumata əsasən, pilotsuz uçan aparatların bu məqsədlər üçün geniş istifadəsi gələn ilin sonlarında mümkün olacaq. “Bu addım insan gücündən asılılığı azaltmağa və bir çox məsələni operativ həll etməyə imkan yaradacaq”, – qurumların birgə bəyanatında belə deyilir. Bundan əlavə, dronlar vasitəsilə dəniz gəmilərinin təftişini həyata keçirmək, dava-dərmanları, həmçinin bəzi ehtiyat hissələrini və kiçikhəcmli digər yükləri daşımaq da planlaşdırılır. Hazırda pilotsuz uçan aparatların sınaqları Sinqapur sahilindən 3 kilometr məsafəyə qədər 4 kvadratkilometr sahədə həyata keçirilir. Test uçuşları göstərib ki, kiçikhəcmli yüklərin çatdırılması və dronun geri qayıtması təxminən 10 dəqiqə vaxt aparır. Sürətli qayıqlar vasitəsi ilə analoji məsələlərin həyata keçirilməsi isə azı 60 dəqiqəyə başa gəlir. Sinqapurun dəniz limanı yüklənmə və yük dövriyyəsinə görə Şanxay limanından sonra dünyada ikinci yeri tutur. Burada yük gəmilərindən əlavə yüzlərlə neft tankeri də reydə dayanır. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır