Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

ltı kabellə məlumatların ötürülməsi sürətində rekorda imza atı

ABŞ-ın “Infinera” qrupunun alimləri “MAREA” fiber-optik kabeli vasitəsilə məlumatları 26 terabit/saniyə sürətlə 6 min kilometr məsafəyə ötürüblər. Yeni sualtı kabel çəkməyən alimlər informasiyanın ötürülmə effektivliyini yaxşılaşdırmağa nail olublar. Eksperiment üçün alimlər 16QAM modullaşdırma üzrə işıq siqnallarının ötürülmə metodundan istifadə edərək saniyədə 26,2 terabitə müvəffəq olublar. Bu, “MAREA” mühəndislərinin nəzərdə tutduğundan 20 faiz və kabel üçün generasiya edilən hazırkı siqnallardan təxminən 3 dəfə sürətlidir. Tədqiqatçıların sözlərinə görə, bu rekordla onlar Şennon həddinə – informasiyanın ötürülmə sürəti üzrə maksimal nəzəri səviyyəyə yaxınlaşıblar. Məlumata görə, eksperiment zamanı çəkilmiş mövcud kabeldən istifadə olunub. Tədqiqatçıların metodu tikintisi milyonlarla dollar tələb edən yeni kabellər çəkmədən şəbəkəni yaxşılaşdırmağa imkan verəcək. Qeyd edək ki, “Facebook” və “Microsoft” şirkətləri tərəfindən hazırlanan “MAREA” mövcud transatlantik kabellərin ən sürətlisidir. 2018-ci ildə istismara verilən kabel daha çox yeni data mərkəzlərinin yerləşdiyi ABŞ və İspaniyanı birləşdirir. Tədqiqatçılar qeyd edib ki, son illər “bulud” hesablamaları ilə əlaqədar sualtı fiber-optik kabellərə tələbat kəskin artıb. Məsələn, şəhərlərarası zənglər və ya “bulud” hesablamalarından istifadə hallarının 99 faizində sualtı fiber-optikdən istifadə edilir. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır