Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

ltı casus robotlar g

ABŞ və İngiltərə aylarla dənizdə qala biləcək sualtı casus robot hazırlamaq üçün işləri sürətləndirib. Robotlar gələcəkdəki sualtı məlumat toplama və keşikçi vəzifələri yerinə yetirilməsi üçün riskləri minumuma endirəcək.  Boeing şirkəti bir müddət əvvəl sualtı robot hazırlamaq üçün ABŞ Dəniz Qüvvələri ilə 46.7 milyon dollarlıq müqavilə imzalamışdı. Daha əvvəl də bu robotlardan hazırlamaq üçün 3 razılaşma əldə edən şirkət, ümumi olaraq 274.4 milyon dollarlıq nəhəng bir razılaşma üçün işlərə başlayıb. Boeing şirkəti daha əvvəl 51 metr uzunluğunda bir sulatı robot prototipini sınaqdan keçirmişdi. Yeni hazırlanacaq robotların böyüklüyü açıqlanmasa da, şirkət 2022-ci ilə qədər onları  dəniz qüvvələrinə təhvil verəcək. Sualtı robotlarla maraqlanan başqa bir ölkə İngiltərədir. Dənizin altından məlumat yığa biləcək, düşmən gəmilərini təsbit edərək, yer axtarışı edə biləcək dənizaltı robot istehsalında işlərə başlayan İngiltərə, ən qısa müddətdə bu dənizaltı robotlara sahib olmaq istəyir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır