Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

İnnovasiya sərhəd tanımır :  Böyük gəmilər çərpələnglə yedəyə alınacaq

Yaponiyanın "Kawasaki Kisen Kaisha" ("K Line") gəmiçilik şirkəti gəmilərində "Seawing" çərpələng vasitəsilə uçurtma sisteminin quraşdırılmasını  elan edib.

"Seawing" sisteminin iş prinsipi çox sadədir: körpünün üstündəki qurğu çərpələngi havaya buraxır və avtomatik olaraq işə salır.  Bu sistem irihəcmli quru yük daşıyan gəmilərin yedəyə alınması üçün nəzərdə tutulub.

Tərtibatçıların sözlərinə görə, bu texnologiya gəmidə zərərli emissiyaların 20% -dən çox azalmasına imkan verəcək, bu isə, ildə 5200 ton karbon dioksid təşkil edir.

Sözügedən sistemin işə salınması 2021-ci ilə planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır