Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

“Dövlət idarəçiliyində blockchain texnologiyasının tətbiqi” mövzusunda keçirilən müsabiqədə ASCO-nun əməkdaşı I yer tutub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Elektron Hökumət üzrə İcra Qrupunun ikinci görüşü keçirilib.

55 müxtəlif qurumun nümayəndəsinin iştirak etdiyi tədbir dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, idarə olunması və qarşılıqlı inteqrasiyasının təmin edilməsi sahəsində vahid yanaşmanın və standartların tətbiqi, rəqəmsal hökumətə keçid prosesinin sürətləndirilməsi və effektiv əlaqələndirmənin təmini məqsədilə təşkil olunub. Müxtəlif panellər üzrə keçirilən tədbirdə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-ni (ASCO) İnformasiya texnologiyaları departamentinin əməkdaşı Nicat Kərimov təmsil edib. 

Tədbirdə “Dövlət idarəçiliyində blockchain texnologiyasının tətbiqi” mövzusunda hakaton təşkil olunub. Dövlət qurumlarının nümayəndələrindən formalaşdırılmış 6 komanda 3 saat ərzində müxtəlif sahələrdə blockchain texnologiyasının tətbiqi üzrə təkliflər formalaşdırıb.

ASCO, ADY, AZAL və Bakı limanının təmsilçilərindən ibarət komanda "Yükdaşımalar sahəsində blokchain texnologiyasının tətbiqi" mövzusunda təqdimatla çıxış ediblər. Komanda üzvləri, o cümlədən ASCO-nun əməkdaşı Nicat Kərimov müsabiqədə I yeri tutub.

Sonda iştirakçılar arasında ünsiyyət və komanda ruhunun yaradılması məqsədilə sərbəst vaxt təşkil edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır