Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

İki böyük şirkət ağıllı gəmi texnologiyasının inkişafı üçün əməkdaşlıq edəcək

Cənubi Koreyanın “Samsung Heavy Industries” şirkəti Almaniyanın “MAN Energy Solutions” şirkəti ilə anlaşma memorandumu imzalayıb.

"Seanews.az" xəbər verir ki, iki nəhəng şirkət ağıllı gəmi texnologiyasının inkişafı üçün əməkdaşlıq edəcək.

Razılaşmaya əsasən, “Samsung Heavy Industries” “MAN”-ın mühərrik diaqnostikası və idarəetmə texnologiyasını bulud əsaslı ağıllı gəmi sistemi SVESSEL-ə inteqrasiya edərək əsas mühərriklərin işləmə imkanlarını artırmağı hədəfləyir. SVESSEL-in köməkliyi ilə qurudakı nəzarət mərkəzlərinə və gəmilərə real vaxtda dəqiq məlumat ötürməkl mümkün olacaq və bu da əməliyyat xərclərini azaldacaq. 

“Samsung Heavy Industries” eyni zamanda, LNG ilə işləyən gəmilərə tətbiq olunan uzaq mühərrik diaqnostikası texnologiyasını inkişaf etdirmək üçün İsveçrənin WinGD şirkəti ilə işləyir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır