Su aləminin öyrənilməsinə kömək edəcək robot-balıq ixtira olunub
Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri suyun altında səssiz qalan “robot balıq” hazırlayıblar.
“Sofi” adlı balıq 15 metr dərinlikdə 40 dəqiqə üzə bilir. “Robot balığ”ın hərəkət istiqaməti yüksək təsvir ölçülü videokamera ilə qeydə alınıb.
Alimlər qənaətincə, canlı balıqların onun robot olduğunu “duymayacaqlar”. Bununla belə, “Sofi”-nin mövcud sualtı aparatlarla müqayisədə dəniz canlılarını daha yaxşı öyrənməyə imkan verəcəyi hesab edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır