Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

ABŞ dəniz donanması TikTok istifadə etməyi qadağan etdi

TikTok son illərdə bir xeyli məşhurlaşan platformalardan biridir. Musiqi seçimləri ilə istifadəçilərə video çəkmək imkanı yaradan TikTok müxtəlif xəbərlər ilə gündəmə gəlir. Bu səfər ABŞ hərbi dəniz donanmasında əsgərlərin telefonlarında TikTok istifadə etməyi qadağan edildi. Əsas səbəb olaraq təhlükəsizliyi pozduğu və Çinə məlumat ötürdüyü deyilir.

Bilindiyi kimi TikTok Çin mərkəzli bir platformadır. Bu səbəb ilə ABŞ dövlət qurumlarının diqqətini çəkə bilir. Keçən günlərdə ABŞ-da bir gənc TikTok platformasına qarşı məhkəmə iddiası qaldırmış və platformanın istifadəçilərin şəxsi məlumatlarınl Çin dövləti ilə paylaşdığını səsləndirmişdi. Bu xəbərin ardından ABŞ-dakı dövlət qurumları da narahat olmuş kimi görünür. Yeni qadağaya əsasən Dəniz Donanmasına dövlət tərəfindən verilən telefonlara TikTok yükləmək mümkün olmayacaq. Bu tətbiq açıqlamada Kiber Təhlükəsizlik Riski olaraq adlandırılıb. Həmçinin tətbiqi daha əvvəl yükləmiş dəniz donanmasının əsgərləri Navy Marine Corps Intranet adlı sistemə giriş icazələrinin olmayacağı bildirildi. Qeyd edək ki, donanma əsgərlərinin onlara verilən telefonlarla sosial media tətbiqlərini istifadə etməsinə icazə verilir. ABŞ və Çin arasında gərginliyin artması artıq digər sektorlara da yansımağa başlayır.

Technote.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır