Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

“Wärtsilä” tərəfdaşları ilə yeni biolayihə hazırlayıb

“Wärtsila” şirkəti və tərəfdaşları yanacaq istehlakını və tullantıları azaltmaq üçün ortaq layihə hazırlayıb.

“Seanews.az” xəbər verir ki, sistem “SeaTech” adlanır. Biolayihənin yanacaq istehlakını 30, kükürd dioksid tullantılarını 90, CO2 tullantılarını 45 və hissəcik maddələrini 94% azaldacağı bildirilir.

Sistem dartılmanı artırmaq üçün gəminin gövdəsinə quraşdırılmış biomimetik dinamik qanaddan ibarətdir. Layihəyə görə, dalğaların enerjisi sayəsində qanadlar əlavə dartma əmələ gətirirərək yanacaq istehlakı azaldır. Yanacaq qənaəti və əməliyyat xərclərinin azaldılması ilə gəmilərin modernləşdirilməsinə qoyulan vəsaitin geridönüşü 4 dəfəyə qədər artır.

Qeyd edək ki, “Wärtsilä”-nın tərəfdaşları “Hyugens Engineer” (Hollandiya), “Liewenthal Electronics” (Estoniya), “Utkilen AS” (Norveç), Milli Texniki Universiteti (Afina), Norveçin Arktika Universiteti, Sauthempton Universitetidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır