Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Dünyanın ilk avtonom qayığı üçün müqavilə imzalanıb

Əbu-Dabi limanı qlobal gəmiçilik dizayneri və yaxtaların istehsalı üzrə ixtisaslaşmış "Robert Allan Ltd" şirkəti ilə birgə avtonom  və ya rəqəmsal texnologiya vasitəsilə idarə olunan kiçik gəmi hazırlayır. 

"Seanews.az" xəbər verir ki, texnologiyanın ən son nailiyyətləri ilə təchiz ediləcək yaxtaya dair Əbu-Dabi limanı ilə şirkət arasında anlaşma Memorandumu imzalanıb. Qeyd olunub ki, kiçik gəmilər hava şəraitinə uyğun təhlükəsizlik sistemi ilə də təchiz olunacaq. İstehsalçı şirkət bəyan edib ki, avtomatik idarəetmə sistemi sərnişinlər üçün daha təhlükəsiz olacaq.

Əbu-Dabi limanı bu populyar biznes sahəsini genişləndirmək məqsədilə Kanadanın "Naval Architecture-Marine Engineering" firması ilə də sıx əməkdaşlıq edir. 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır