Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Çində hibrid ro-ro gəmiləri inşa edilir

Çinin “Nanjing Jinling” gəmiqayırma zavodunda “Finnlines” şirkəti üçün ekoloji Ro-Ro gəmisinin inşasına start verilib.

“Finnlines” şirkətinin investisiya proqramı çərçivəsində üç hibrid ro-ro gəmisinin inşası planlaşdırılır. Tullantıların həcmini sıfra endirmək məqsədilə gəmilər litium-ion batareya sistemləri ilə təchiz ediləcək. Gəmi hərəkət edərkən suya qarşı müqaviməti azaltmaq üçün innovativ yağlama sisteminin də quraşdırılıması planlaşdırılır.

İlk gəminin inşasına 2021-ci ilin əvvəlində başlanacağı gözlənilir. Digər iki gəminin inşası isə 2022-ci ilə planlaşdırılır.

Gəmilərin uzunluğu 238, eni isə 34 metr, dedveyti 17.4 min ton olacaq.

Bundan əlavə, “Finnlines” şirkəti “Superstar” sinfinə aid iki ədəd gəmi-bərənin inşasını sifariş edəcək.

Beş ədəd gəminin inşası şirkətə təqribən 500 milyon avroya başa gələcək. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır