Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

3D printerdə çap edilmiş ehtiyat hissələri dronlarla gəmilərə çatdırılacaq

“Wilhelmsen” şirkəti 3D printerdə çap edilmiş ehtiyat hissələrini Sinqapurda gəmilərə çatdırmaq üçün dronlardan istifadə edəcək.

Artıq Sinqapurda pilotsuz uçuş aparatlarının gəmilərə çatdırılması üçün Sinqapur Mülki Aviasiya Təşkilatından icazə almış yeganə yerli şirkət olan “F-drones” ilə müqavilə imzalanıb.

Şirkətin hazırladığı dronlar 50 km məsafədə 5 kq ağırlığında yükü daşımağa qadirdir. Gələcəkdə onların daşıma qabiliyyətinin 100 kq-a, maksimal məsafənin təxminən 100 km-ə qədər artırılması planlaşdırılır.

Yüklərin dronlar vasitəsilə daşınması etibarlı, ucuz, həm də ekoloji cəhətdən səmərəlidir. Bu səbəbdən altı gəmi mülkiyyətçisi və gəmi operatoru “Wilhelmsen” şirkəti ilə 3D printerdə çap olunmuş ehtiyat hissələrinin tədarükü üçün müqavilə imzalayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır